BAKI, 30 mart. TELEQRAF
İngiltərənin "Tottenhem" klubu baş məşqçi postuna əsas namizədini müəyyənləşdirib.
Teleqraf "Sky Sports"a istinadən xəbər verir ki, London təmsilçisi Roberto De Dzerbi ilə danışıqlara başlayıb.
Tərəflər arasında 5 illik müqavilənin şərtləri müzakirə olunur.
Məlumata görə, "Brayton"un sabiq çalışdırıcısı dərhal işə başlamağa və komandanın "sükanı arxası"na keçməyə razıdır.
İtaliyalı mütəxəssis bu postda istefaya göndərilən İqor Tüdoru əvəzləyəcək.
Qeyd edək ki, Roberto De Zerbi son olaraq Fransanın "Marsel" komandasının baş məşqçisi olub.