BAKI, 7 mart. TELEQRAF

İngiltərənin “Tottenhem” klubu xorvatiyalı baş məşqçi İqor Tudoru təyinatından bir ay sonra istefaya göndərmək ehtimalını nəzərdən keçirir.

Teleqraf The Telegraph nəşrinə istinadən xəbər verir ki, rəhbərlik komandanın Premyer Liqanı tərk etmək təhlükəsindən narahatdır.

48 yaşlı mütəxəssisin rəhbərliyi altında “Tottenhem” “Arsenal”a (1:4), “Fulhem”ə (1:2) və “Kristal Pelas”a (1:3) məğlub olub. Hazırda komanda 29 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, İqor Tudor fevralın 14-də bu vəzifəyə təyin olunub. Mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.