BAKI, 5 mart. TELEQRAF

İngiltərəli futbolçu Dele Alli dörd il sonra “Tottenhem”ə qayıdır.

Teleqraf Lequipe nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırda klubsuz olan 29 yaşlı yarımmüdafiəçiyə yeni komanda tapana qədər məşqlərini öz bazasında davam etdirməsinə icazə verib.

Bildirilir ki, Dele Alli hazırda bir neçə İspaniya klubunun maraq dairəsindədir.

Qeyd edək ki, Dele Alli 2015-2022-ci illərdə “Tottenhem”də çıxış edib. Karyerası ərzində “Everton” və “Beşiktaş” kimi klublarda da çıxış edən futbolçu ötən yay “Komo” ilə müqaviləsini bitirdikdən sonra klubsuzdur. Onun İngiltərə millisində 37 oyunda 3 qolu var.