BAKI, 13 fevral. TELEQRAF
İngiltərənin "Tottenhem" klubunda Tomas Frankın gedişindən sonra boş qalan baş məşqçi postu üçün namizədlər siyahısı genişlənir.
Teleqraf tanınmış insayder Matteo Morettoya istinadən xəbər verir ki, namizədlər sırasına xorvatiyalı mütəxəssis İqor Tüdor da əlavə olunub.
Hazırda Tüdor bu vəzifə üçün ən real namizəd hesab edilir. London təmsilçisinin rəhbərliyi artıq onunla ilkin təmaslara başlayıb.
İddialara görə, "Tottenhem"in rəhbərliyi Tüdorla yanaşı, Marko Roze, Edin Terziç və Roberto De Zerbi kimi tanınmış simaların da variantlarını dəyərləndirir.
Qeyd edək ki, "Tottenhem" hazırda 29 xalla Premyer Liqanın turnir cədvəlində 16-cı sırada qərarlaşıb.