BAKI, 11 fevral. TELEQRAF

İngiltərənin "Tottenhem" klubu Tomas Frankın istefasından sonra yeni baş məşqçi axtarışına başlayıb.

Teleqraf xəbər verir ki, London təmsilçisinin bu postu üçün əsas namizəd Roberto De Zerbi hesab olunur.

İtaliyalı mütəxəsissin özü elə bu gün Fransanın "Marsel" klubundan ayrılıb.

Digər namizədlər arasında isə Maurisio Poçettino, Conni Heytinqa, Xavi və Ruben Amorim var.

Qeyd edək ki, "Tottenhem"i fevralın 22-də Şimali London derbisində - turnir cədvəlinin lideri "Arsenal"a qarşı çətin oyun gözləyir. Komanda hazırda 29 xalla 16-cı sırada qərarlaşıb.