BAKI, 11 fevral. TELEQRAF
İngiltərə Premyer Liqası təmsilçisi “Tottenhem” baş məşqçi Tomas Frankı istefaya göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Klub 56 yaşlı mütəxəssisin əvəzləyicisi kimi bir neçə variant üzərində işləyir.
Qeyd edək ki, danimarkalı baş məşqçi komandaya 2025-ci ilin iyun ayından rəhbərlik edir. “Tottenhem” İngiltərə Premyer Liqasında səkkiz oyun davam edən qələbəsiz seriyaya malikdir. Komanda hazırda 2025/2026 mövsümündə turnir cədvəlində 16-cı yerdə qərarlaşıb və 26 matçdan 29 xal toplayıb.
Çempionlar Liqasında isə “Tottenhem” ümumi mərhələdə dördüncü yeri tutub, səkkiz oyunda 17 xal qazanaraq birbaşa 1/8 finala yüksəlib.