BAKI, 8 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIX turunun açılış oyununda “Sabah” “Araz-Naxçıvan”ı qəbul edib.

Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçda “bayquşlar” rəqibini darmadağın edib - 4:1.

Masazır təmsilçisinin qollarını Umarali Raxmonaliyev (9-cü dəqiqə, penaltidən), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 69) vurublar. Naxçıvan komandasından yeganə qolun müəllifi Felipe Santos (86) olub.

Bununla da turnir cədvəlinin lideri olan “Sabah” xallarının sayını 46-ya çatdırıb. “Araz-Naxçıvan” 27 xalla altıncıdır.

Qeyd edək ki, günün digər oyununda “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da start götürəcək.