BAKI, 8 fevral. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Əvvəlcə çempionatın lideri “Sabah" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşacaq.

Digər oyunda isə "Zirə" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

8 fevral

16:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”

18:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.