BAKI, 29 yanvar. TELEQRAF
İngiltərənin “Liverpul" klubunun kapitanı Vircil van Deyk UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Teleqraf xəbər verir ki, niderlandlı futbolçu buna evdə "Qarabağ"ı 6:0 hesabı ilə məğlub etdikləri matçda üç məhsuldar ötürmə edərək nail olub.
O, Çempionlar Liqasında assist het-triki edən ilk müdafiəçi kimi turnirin tarixinə keçib.
Van Deyk Aleksis Makallister, Uqo Ekitike və Federiko Kyezanın qollarında birbaşa iştirak edib.
Qeyd edək ki, bu qələbə ilə "Liverpul" birbaşa 1/8 finala, "Qarabağ" isə ağır məğlubiyyətə rəğmən pley-offa yüksəlib.