BAKI, 26 yanvar. TELEQRAF

“Sabah” Azərbaycan Premyer Liqasının XVII turunda “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəlib.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub.

Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib. “Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə “ANS-Pivani”yə çatıb.

Qeyd edək ki, “Sabah” ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. “Səbail”lə ev matçında 3 cavabsız qol vurulub.