BAKI, 26 yanvar. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan İngiltərənin “Liverpul” klubu futbolçusu Endryu Robertsonla bağlı qərarını verib.

Teleqraf “The Times”ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Tottenhem”lə ilkin danışıqlara baxmayaraq, 31 yaşlı müdafiəçinin transferinə icazə verməyib.

Şotlandiyalı müdafiəçi London klubuna köçməkdə maraqlı olsa da, “Liverpul” bütün danışıqları dayandıraraq bu qış onun klubdan ayrılmaması qərarına gəlib.

Qeyd edək ki, Endryu Robertsonun klubla müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır. "Liverpul" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda yanvarın 28-də "Qarabağ"ı qəbul edəcək.