BAKI, 25 yanvar. TELEQRAF
Azərbaycan Premyer Liqasının XVII turunun son oyununda “Sabah “Karvan-Yevlax”ı qəbul edib.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunan görüşdə meydan sahibi komanda inamlı qələbə qazanıb - 4:1.
“Bayquşlar”ın qollarını Aaron Maluda (9 və 22-ci dəqiqələr), Umarali Raxmonaliyev (32) və Velko Şimiç vurublar. Qonaqların yeganə qolunun müəllifi Olavale Doyeni (83) olub.
Bununla da turnir cədvəlinin lideri olan “Sabah” xallarının sayını 40-a çatdırıb. “Karvan-Yevlax” 6 xalla sonuncudur.
Qeyd edək ki, növbəti turun oyunları 30 yanvar - 1 fevral tarixlərində keçiriləcək.