BAKI, 18 yanvar. TELEQRAF
İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Tomas Frankın istefaya göndərilməsini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Buna səbəb komandanın son olaraq öz meydanında “Vest Hem”ə 1:2 hesabı ilə məğlub olmasıdır. Son 14 qarşılaşmada səkkizinci məğlubiyyətin alınması rəhbərliyin səbrini daşırıb və mütəxəssisin gələcəyi ilə bağlı məsələni gündəmə gətirib.
Klub rəhbərliyi əvvəlcə Franka vəziyyəti düzəltmək üçün əlavə vaxt verməyi planlaşdırsa da, ardıcıl uğursuzluqlar onların fikrini dəyişib. Hazırda İngiltərə Premyer Liqasında 14-cü pillədə qərarlaşan "Tottenhem" 2026-cı ilin əvvəlindən bəri keçirdiyi heç bir rəsmi görüşdə qələbə qazana bilməyib.