BAKI, 14 yanvar. TELEQRAF

"Dinamo Minsk" klubu "Neftçi"dən erməni əsilli futbolçusu Karen Vardanyan üçün təklif almayıb.

Bu barədə Teleqraf-a Belarus təmsilçisindən məlumat verilib.

22 yaşlı hücumçu hazırda komandası ilə birgə yeni mövsümə hazırlaşır.

Qeyd edək ki, Belarus mətbuatında "Neftçi"nin Karen Vardanyanı heyətinə qatacağı barədə məlumatlar yayılıb.

Vardanyan 2025-ci il mövsümündə "Dinamo Minsk"in heyətinə iştirak etdiyi 34 oyunda 10 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Belarus yığmasının da üzvüdür.