BAKI, 11 yanvar. TELEQRAF
İngiltərənin “Tottenhem” klubunun bəzi futbolçuları komandanın baş məşqçisi Tomas Frankın yaxın vaxtlarda istefaya göndəriləcəyini gözləyirlər.
Teleqraf.az xəbər verir ki, bu barədə “Indykaila” məlumat yayıb.
London təmsilçisinin rəhbərliyi 52 yaşlı mütəxəssisi istefaya göndərmək qərarı verərsə, klub ona təxminən 20 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olacaq.
Tomas Frank 2025-ci il iyulun 1-də baş məşqçi postuna təyin edilib və onun klubla müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. İngiltərə Premyer Liqasının 21 turundan sonra “Tottenhem” 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.