BAKI, 6 yanvar. TELEQRAF
Futbol üzrə Belarus yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.
Teleqraf Belarus Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta Viktor Qonçarenko təyin olunub.
48 yaşlı Qonçarenko 2023-cü ilin avqustundan 2025-ci ilin dekabrına qədər komandaya rəhbərlik etmiş ispaniyalı Karlos Alosa Ferreri əvəz edəcək.
Qeyd edək ki, Viktor Qonçarenko daha əvvəl ölkəsində BATE, Rusiyada isə "Kuban", "Ural", "Ufa", ÇSKA, "Krasnodar" və "Pari NN" komandalarını çalışdırıb.