BAKI, 17 sentyabr. TELEQRAF
Bu gün saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.
Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə isə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.