BAKI, 1 yanvar. TELEQRAF
Qabon Futbol Federasiyası uğursuz çıxışdan sonra milli komandanın fəaliyyətinin növbəti qərar qəbul edilənədək dərhal dayandırıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, sərt sanksiyalar yığmanın Afrika Millətlər Kubokunun qrup mərhələsində vaxtından əvvəl mübarizəni dayandırması ilə əlaqədardır.
Bütün məşqçilər korpusu buraxılıb, həmçinin əsas futbolçular — Pyer-Emerik Obameyanq və Bruno Manqanın milli komandaya çağırılmasına qadağa qoyulub.
Qeyd edək ki, Afrika Millətlər Kubokunda Qabon yığması F qrupunda Fil Dişi Sahili, Kamerun və Mozambiklə mübarizə aparıb və üç oyunun hamısında məğlub olaraq qrupda sonuncu yeri tutub.