BAKI, 1 yanvar. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubu qış transfer dövründə “Mançester Yunayted”in uruqvaylı futbolçusu Manuel Uqarteni heyətinə qatmaq niyyətindədir.
Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi üçün İstanbul təmsilçisi yaxın günlərdə İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Uqarte Dünya Çempionatını da nəzərə alaraq komandadan ayrılmağa müsbət yanaşır. Transferi üçün 50 milyon avro ödənilən uruqvaylı futbolçunun “Mançester Yunayted”lə daha 3 illik müqaviləsi var.
Qeyd edək ki, Uqarte cari mövsümdə İngiltərə klubunun heyətində 12 oyunda 432 dəqiqə meydanda olub.