BAKI, 29 dekabr. TELEQRAF
Türkiyə millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kenan Yıldızla bağlı mühüm yeniliklər yaşanır.
Teleqraf İtaliya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə İngiltərə Premyer Liqası klublarından “Tottenhem” də maraqlanır.
“Yuventus” isə 2029-cu ilə qədər müqaviləsi olan gənc futbolçunun sözləşməsini 2030 və ya 2031-ci ilə qədər uzatmağı planlaşdırır. Yeni müqavilədə Kenan Yıldızın illik maaşının təxminən 6 milyon avroya çatdırılacaq.
Son aylarda futbolçu üçün bir sıra aparıcı Avropa klublarından təkliflər daxil olsa da, “Yuventus” rəhbərliyi Kenan Yıldızı satışa çıxarmağı düşünmür.
Qeyd edək ki, “Yuventus”un futbolçusu daha əvvəl “Arsenal” və “Çelsi”nin də diqqət mərkəzində olub. Bununla yanaşı, “Spurs” da Kenan Yıldızın transferi uğrunda mübarizəyə qoşulub. Transfermarkt portalının məlumatına görə, Kenan Yıldızın bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.