BAKI, 29 dekabr. TELEQRAF

Fransanın "Nitsa" klubunda baş məşqçi dəyişikliyi olub.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" Frank Ezeni istefaya göndərərək onun əvəzinə Klod Püeli təyin edib.

Püel daha əvvəl, 2012-ci ildən 2016-cı ilə qədər də "Nitsa"nın baş məşqçisi olub.

Qeyd edək ki, "Nitsa" 16 turdan sonra 17 xalla Fransa Liqa 1-in turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.