BAKI, 4 dekabr. TELEQRAF
Futbol üzrə Belarus yığma komandasının baş məşqçisi Karlos Alos istefaya göndərilib.
Teleqraf Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qurumun rəhbərliyi və ispaniyalı mütəxəssis qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Karlos Alos 2023-cü ilin avqustundan Belarus millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 26 oyun keçirib, altı qələbə qazanıb, 10 heç-heçə edib və 10 dəfə məğlub olub.