BAKI, 29 noyabr. TELEQRAF
“Mançester Yunayted” “Əl-Əhli”nin forvardı Ayvan Toninin transferi ilə bağlı qərarını verib.

Teleqraf “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, klub ingilis hücumçunu heyətinə qatmayacaq.

“Qırmızı şeytanlar” hücumçu Benyamin Şeşkonun zədələnməsi səbəbindən Toninin transferini nəzərdən keçirsə də, daha sonra bu variantı uyğun hesab etməyib.

Ayvan Toni isə 2026-cı il dünya çempionatında İngiltərə yığmasının heyətinə düşmək şansını artırmaq üçün qışda Premyer Liqaya qayıtmağa hazırdır.

“Transfermarkt” məlumatına görə, onun bazar dəyəri 25 milyon avrodur.

Qeyd edək ki, ingilis hücumçu cari mövsümdə bütün turnirlərdə 18 oyunda iştirak edib, 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.