BAKI, 16 noyabr. TELEQRAF

“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn bu mövsüm “Qızıl top”u qazanmaq imkanından danışıb.

Teleqraf xəbər verir ki, 32 yaşlı ulduz futbolçu bu barədə “The Mirror” nəşrinə danışıb.

“Bu mövsüm 100 qol vura bilərəm, amma əgər Çempionlar Liqasını və ya dünya çempionatını qazanmasam, yəqin ki, “Qızıl top”u ala bilməyəcəyəm. Eyni şey Haaland üçün də keçərlidir, eləcə də digər futbolçular üçün. Əsas titulları qazanmaq lazımdır. Çempionlar Liqasının favoritlərindən biriyik. Buna görə də, bəlkə də, bu, şanslarımı bir qədər artırır. İngiltərə yığması ilə də eynidir. Düşünürəm ki, turnirə favoritlərdən biri kimi gedəcəyik. Özümü yaxşı hiss edirəm. Bu fasilə bizə faydalı olacaq. Amma əgər uğur gətirsə və həm klubda, həm də yığmada işlər qaydasında olsa, onda mən mütləq “Qızıl top” kimi bir mükafat üçün müzakirə olunan namizədlərdən biri olacağam”, - deyə Keyn qeyd edib.

Qeyd edək ki, cari mövsüm Keyn klubun heyətində bütün turnirlərdə 17 oyun keçirib, 23 qol vurub və üç məhsuldar ötürmə edib. İngiltərə millisində isə o, DÇ-2026-nın seçmə mərhələsində yeddi matçda altı qol vurub.