BAKI, 25 sentyabr. TELEQRAF
UEFA gələn həftə İsrailin qurumun bayrağı altında keçirilən beynəlxalq turnirlərdən mümkün diskvalifikasiyası ilə bağlı qərar verəcək.
Teleqraf "The Times" qəzetinə istinadən xəbər verir ki, UEFA-nın İcraiyyə Komitəsi üzvlərinin əksəriyyəti İsrail yığmasının bütün yarışlardan kənarlaşdırılmasının tərəfdarıdır.
Daha əvvəl bir neçə Avropa klubunun İsrail təmsilçiləri ilə avrokuboklarda qarşılaşmamaq üçün birbaşa UEFA-ya müraciət etdiyi bildirilmişdi.
Qeyd edək ki, diskvalifikasiyaya səbəb kimi İsrailin Fələstinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar göstərilir.