BAKI, 9 sentyabr. TELEQRAF
Azərbaycan millisi DÇ-2026-nin seçmə mərhələsi çərçivəsində Ukrayna yığmasını qəbul edib.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan oyunda qalib müəyyənləşməyib - 1:1.
Matçda hesabı 51-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Georgi Sudakov açıb.
72-ci dəqiqədə isə Azərbaycan millisinin kapitanı Emin Mahmudov penaltidən fərqlənərək hesabı bərabərləşdirib.
Bununla da Azərbaycanla Ukrayna seçmələri D qrupunda ilk xalını qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu oktyabrın 10-da səfərdə Fransaya qarşı keçirəcək.
***
21:30
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçda Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv hesabı bərabərləşdirib.
Görüşün 72-ci dəqiqəsində Emin Mahmudov penaltidən fərqlənib.
***
21:09
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçda qonaqlar önə keçib.
Görüşün 51-ci dəqiqəsində Georgi Sudakov adını tabloya yazdırıb.
***
21;03
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna oyununda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçda hesab açılmayıb - 0:0.
***
20:48
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçda hesab açılmayıb - 0:0.
***
20:00
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna oyunu start götürüb.
Teleqraf xəbər verir ki, yunanıstanlı baş hakim Vassilis Fotiasın idarə etdiyi qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunur.
DÇ-2026-nın seçmə mərhələsi
I tur
9 sentyabr
D qrupu
20:00. Azərbaycan - Ukrayna 1:1
Qollar: E.Mahmudov, 72 (pen.); G.Sudakov, 51
Hakimlər: Vassilis Fotias, Andreas Meintanas, Mixail Papadakis, Anastasios Papapetru.
VAR: Angelos Evangelu
AVAR: İonnis Papadoupolos.
Tofiq Bəhramov adına Respublika stadionu