BAKI, 21 avqust. TELEQRAF

İngiltərənin "Tottenhem" klubu "Mançester Siti"nin futbolçusu Savio üçün yeni təklif göndərməyə hazırlaşır.

Teleqraf "Globo"ya istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı cinah oyunçusu üçün "şəhərlilər"ə 80 milyon avro ödəməyə hazırdır.

Daha əvvəl “Mançester Siti” braziliyalını 70 milyon avroya satmaqdan imtina etmişdi.

Qeyd edək ki, Savio ötən mövsüm ərzində iştirak etdiyi 48 matçda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.