BAKI, 21 iyul. TELEQRAF

İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "çəkicdöyənlər" azad agent statusunda olan Kayl Uoker-Piterslə müqavilə bağlayıb.

28 yaşlı müdafiəçi ilə 3 illik sözləşmə razılaşdırılıb. O, "2" nömrə altında oynayacaq.

Qeyd edək ki, Kayl Uoker-Piters son olaraq İngiltərənin digər təmsilçisi "Sauthempton"da çıxış edib. O, "Vest Hem"in əzəli rəqibi "Tottenhem"in yetirməsidir.