BAKI, 7 iyun. TELEQRAF
İngiltərə “Liverpul”unun rəhbərliyi “Bayer”in yarımmüdafiəçisi Florian Virts üçün təxminən 150 milyon avro ödəyə bilər.
Teleqraf İngiltərə mətbuatına istinadən xəbər verir ki, klublar transfer şərtlərini praktiki olaraq razılaşdırıblar. Məlumata görə, 22 yaşlı alman futbolçunun dəyərinin 130 milyon avro olduğu, lakin müxtəlif bonuslar nəzərə alınmaqla ödənişlərin təxminən 150 milyon avro olacağı dəqiqləşib.
Qeyd edək ki, transfer reallaşsa, “Liverpul” üçün rekord olacaq.