BAKI, 27 may. TELEQRAF
Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşünün təyinatları açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
"ASCO Arena"da təşkil olunacaq görüş FIFA referisi Elçin Məsiyevə həvalə olunub.
Məsiyevə Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcək. 4-cü hakim Tural Qurbanov, VAR hakimi isə Rauf Cabarovdur.
VAR assistenti Namiq Hüseynov, hakim-inspektor funksiyasını isə Zöhrab Qədiyev yerinə yetirəcək.
Mayın 28-də təşkil olunacaq görüşdə AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.