BAKI, 19 sentyabr. TELEQRAF

Suriyanın şərqindəki Deyr-əz-Zor şəhərində silah anbarında baş verən partlayış nəticəsində 11 hərbçi həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Respublikasının keçid hökumətinin Müdafiə Nazirliyinin açıqlama yayıb.

Bildirilir ki, şəhərin qərbindəki Ayaş rayonunda sursat saxlanılan uçmuş binanın dağıntılarını təmizləyərkən xilasedicilər tərəfindən həlak olan 11 əsgərin cəsədi tapılıb. Daha doqquz nəfər xəsarət alaraq xəstəxanalara aparılıb.

Deyr əz-Zor əyalət administrasiyasının mətbuat açıqlamasında partlayışın 18 sentyabr axşamı baş verdiyi və hərbi obyektin mühasirəyə alındığı bildirilib. Bəyanatda qeyd olunur ki, hadisənin səbəbini və şəraitini müəyyən etmək üçün araşdırma aparılır.