BAKI, 19 sentyabr. TELEQRAF

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə müxtəlif bölgələrdə Ukraynaya məxsus 344 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar Leninqrad, Novqorod, Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Tula, Ryazan, Lipetsk, Vladimir və Rostov, Krasnodar diyarı, Moskva, Dağıstan və Qara dəniz üzərində vurulub.