Ağdərə rayonunda 28 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Həsənriz kəndində baş verib.
İlkin məlumata görə, Goranboy rayonunun Yeniyol kənd sakini, 17 fevral 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektrik xətti çəkərkən cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.