BAKI, 20 may. TELEQRAF
Mayın 19-da "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" komandaları arasında "Əfsanələr Kuboku" oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan görüşün əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1.
Qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan baş məşqçilər qələbə qazanıb - 3:2.
Penalti zərbələrini "Premyer Liqa məşqçiləri"ndən Yunis Hüseynov, Əfran İsmayılov və Rəşad Sadıqov zərbələri dəqiq yerinə yetirib. Qurban Qurbanovun zərbəsini "Neftçi 2000-lər"in qapıçısı Hüseyn Məhəmmədov dəf edib.
Məhəmmədovun komandasından isə Ruslan Abışov və Rəşad Sadiqov daha dəqiq olub.
Teleqraf penaltilər seriyasını təqdim edir: