BAKI, 16 aprel. TELEQRAF
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası Gümrü şəhər meriyasında keçirilən səsvermədə məğlub olub.
Teleqraf xəbər verir ki, müxalifətin namizədi Vardan Qukasyan bu gün Şəhər Şurasının ilk iclasında Gümrünün meri seçilib.
İclasda 4 müxalifət fraksiyası Vardan Qukasyanın namizədliyini dəstəklədiyini açıqladıqdan sonra hakim partiyanın namizədi Sarik Minasyanın seçilmək şansı qalmayıb. Nəticələri əvvəlcədən bilən “Vətəndaş Müqaviləsi”nin üzvləri iclasa qatılmayıblar.
Martın 30-da keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən, Şəhər Şurasının 33 mandatı aşağıdakı kimi bölünüb:
Sarik Minasyan (hakim partiya) - 14 mandat
Vardan Qukasyan (Kommunist Partiyası) - 8 mandat
Martun Qriqoryan (“Bizim şəhər” bloku) – 6 mandat
Ruben Mxitaryan (“Güclü cəmiyyət” bloku) - 3 mandat
Karen Simonyan (“Ana Ermənistan” bloku) – 2 mandat
Xatırladaq ki, bu, Baş nazir Nikol Paşinyanın partiyasının yeddi illik hakimiyyəti dönəmində Ermənistanda keçirilmiş bütün seçkilərdə ilk məğlubiyyətidir.