BAKI, 16 aprel. TELEQRAF

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Antalyada bir az da irəliləməyə çalışdıq. Sülh prosesi ilə bağlı yekun həll və ya razılaşma olduğunu söyləmək mübaliğə olardı, amma hesab edirəm ki, söhbət davam etdirilməlidir".

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Azərbaycanın ATƏT-in Minsk Qrupunun ləğvi tələbindən danışan Mirzoyan qeyd edib ki, Ermənistan bununla bağlı sənədi sülh sazişi ilə eyni gündə imzalamağa hazırdır.