BAKI, 16 aprel. TELEQRAF

Bu il Avropa İttifaqının (Aİ) Sülh Fondu çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək iki dəfə artırılıb.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ötən il üçün 10 milyonluq proqram nəzərdə tutulmuşdu, bu il bu məbləğ bir qədər çox, ikiqatdır və müzakirələr davam edir. Ümid edirəm ki, gələcəkdə müsbət nəticə olacaq”, - nazir qeyd edib.