BAKI, 16 aprel. TELEQRAF

Rusiyalı həmkarı Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Ukraynada tezliklə atəşkəs ümidinin boş ritorika olduğunu sübut elədi. Rusiya lideri isə bir qorxusu səbəbindən ölkəsini əbədi müharibəyə aparır.

Teleqraf xəbər verir ki, bu barədə “Times” yazır.

Britaniya nəşri qeyd edir ki, Putinin sülh danışıqlarından yayınması Trampın planlarını pozub:

“Bu arada, Putin qonşusu ilə üç illik müharibə kabusundan çıxıb, indi o fikirləşir ki, Tramp Ukraynaya silah tədarükünü dayandırsa, Rusiyanın qələbəsi tez bir zamanda əldə edilə bilər. Məsələn, onun fikrincə, bu, mayın 9-da Moskvada “Qırmızı” meydanda keçiriləcək qələbə paradına qədər cibində olsaydı, çox yaxşı olardı. Tramp da bunu istəyərdi, amma baş tutmayacaq”.

Məqalədə bildirilir ki, Tramp Kremlin mülahizəsinə uyğun olaraq, yenidən qızışdıra biləcəyi növbəti dondurulmuş münaqişə yaratmaq üçün Putinlə sövdələşmə aparır:

“Rusiya lideri bunda maraqlıdır. Bu reallaşsa, Ukraynanı Qərbin böyük ölçüdə tərk etdiyi “kiçik ölkə”yə çevirəcəklər. Üstəlik, Ukrayna Prezidenti Volodimir Zelenskinin devrilməsindən sonra Putin siyasi qələbə qazana biləcək. Ancaq Putin Ukraynada demobilizasiyanı alqışlaya bilərsə, o, öz ölkəsində, Rusiyada bundan qorxur. Hərbi geyimli bir milyon insanın cəbhədən geri qayıtması problem vəd edir. Bunun siyasi-sosial nəticələri nə olacaq? Artıq bəziləri bu haqda danışır.

Hərbi komandanlığı şəxsi mənfəətlərinə görə xəyanətdə ittiham edənlər də var. Veteranlar hesab edirlər ki, müharibə təcrübəsi onlara ya imtiyazlar verməli, ya da ölkəyə konkret dəyişikliklər gətirməlidir.

Putin FSB-nin bir hissəsi olan hərbi əks-kəşfiyyatın imkanlarını genişləndirməklə veteranların reaksiyasını gözləmək qərarına gəlib. Bura populyar və iddialı generalları müəyyən etmək və aradan qaldırmaq, tənqidçi hərbi blogerləri Kremlin nəzarəti altına almaq və korrupsiyalaşmış silah alışı şəbəkələrini ifşa etmək daxildir”.

“Times”in iddiasına görə, Putin Rusiyanı əbədi müharibəyə sövq etməklə yanaşı, tədricən sülhə doğru irəliləməyə maraq göstərəcək.