BAKI, 16 aprel. TELEQRAF

Bu ilin mart ayında Türkiyədə əcnəbilərə, ümumilikdə, 1 574 ev satılıb. Azərbaycan vətəndaşları isə qonşu dövlətdən 66 daşınmaz əmlak alıblar.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, martda Türkiyənin xaricilərə mənzil satışı əvvəlki ilin eyni ayına görə 11,5% azalıb. Bu ilin birinci rübündə isə əcnəbilərə mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz azalaraq 4 578 təşkil edib.

Mart ayında ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (275).

Xatırladaq ki, fevralda Azərbaycanlılar Türkiyədən 87 mənzil alıblar. 2024-cü ildə isə, ümumilikdə 866 mənzil alınıb.