
BAKI. 16 aprel. TELEQRAF
AFFA İntizam Komitəsi "Neftçi" klubunu 2 700 manat cərimələyib.
Teleqraf xəbər verir ki, buna Azərbaycan Premyer Liqasında XXX turun “Zirə” ilə ev oyununda komandanın azarkeşləri və futbolçularının davranışları səbəb olub.
Yerli azarkeşlər rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxardıqları üçün “Neftçi” klubu 2 000 manat cərimə edilib.
Komandadan 4 nəfər sarı vərəqə aldığı üçün isə klub 700 manat ziyana düşüb.
Qeyd edək ki, oyun "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 4:2.