BAKI, 16 aprel. TELEQRAF
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kenan Yıldız zədələnib.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, 20 yaşlı hücumameylli yarımmüdafiəçi Turin komandasının son məşqində sıradan çıxıb.
Türkiyəli oyunçu A seriyasında XXXIII turun “Parma”ya qarşı səfər matçını buraxa bilər. Yıldızın son durumuna tibbi müayinələrdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Parma" - "Yuventus" matçı aprelin 21-də keçiriləcək.