BAKI, 16 aprel. TELEQRAF
ABŞ ordusu Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Konoko hərbi bazasından qüvvələrini təxliyə etməyə başlayıb.
Teleqraf xəbər verir ki, mənbələr ağır texnika və tankların da olduğu ilk konvoyun hərbi bazanı on gün əvvəl tərk etdiyini bildirib .
Mənbə əlavə edib ki, ötən gecə 200-dən çox döyüş maşını hərbi bazanı tərk edib.
Qeyd olunur ki, geri çəkilən qüvvələr İraq Kürdüstanının Ərbil vilayətinə doğru gedir. Mənbə qeyd edib ki, “Konoko” hərbi bazası Deyr əz-Zor kəndində yerləşən ABŞ-nin özəl hərbi bazasıdır.
Pentaqon rəsmiləri israilli həmkarlarına bildiriblər ki, ABŞ iki ay ərzində öz qoşunlarını Suriyadan mərhələli şəkildə çıxarmağa başlamaq niyyətindədir.