BAKI, 17 aprel. TELEQRAF

"ABŞ tarixinin ən pis prezidenti yuxulu Co Bayden milyonlarla cinayətkarın, qatillərin, narkotik alverçilərinin, dünyanın müxtəlif yerlərində həbsxanalardan və ruhi müəssisələrdən azad edilmiş insanların açıq sərhədlərdən ölkəyə keçməsinə icazə verdi".

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

"Bağışlayın, amma mənim işim bu qatilləri və quldurları buradan çıxarmaqdır, məni buna görə seçiblər", - Tramp bildirib.