BAKI, 16 aprel. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefa ərizəsini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumat "Azad İran" teleqram kanalında yer alıb.
Bildirilir ki, Zərif istefasını hələ 3 mart tarixində təqdim etsə də, İran Prezidenti onun ərizəsini ötən gün qəbul edib.
Zərifin yerinə 59 yaşlı Mohsen İsmaili təyin olunub.