BAKI, 17 aprel. TELEQRAF
İngiltərə Premyer Liqasında 29-cu turdan təxirə salınan oyunda “Nyukasl” yerli azarkeşləri önündə “Kristal Pelas”ı böyük hesabla məğlub edib (5:0).
Teleqraf xəbər verir ki, vacib qələbə sayəsində “Nyukasl” 59 xalla (32 oyun) 3-cü pilləyə yüksəlib.
Lider “Liverpul” 76 xalla çempionluğa xeyli yaxındır. “Arsenal” 63 xalla 2-cı sırada mövqe tutub.