GƏNCƏ, 16 aprel, TELEQRAF

Gəncədə 18 yaşlı şəxs naməlum şəxslər tərəfindən döyülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 2007 - ci il təvəllüdlü Hüseyin Əliyev naməlum şəxs və ya şəxslər tərəfindən boyun nahiyyəsinə küt alətlə zərbə alıb.

Hadisənin səbəbi araşdırılır.