BAKI, 16 aprel. TELEQRAF

Külli miqdarda dələduzluqda ittiham olunan Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov həbs olunub.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Moskvanın Meşçanski Məhkəməsindən məlumat verilib.

Məlumata görə, Smirnov Ukrayna ilə sərhəddə istehkamların tikintisi zamanı 1 milyard rubl məbləğində dələduzluqda ittiham olunur.