TBİLİSİ, 16 aprel. TELEQRAF

Tanınmış gürcü şahmatçı Nona Qaprindaşvili Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovu 85 illiyi münasibətilə təbrik edib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, o, F.Həsənovu əfsanəvi hakim adlandırıb.

N.Qaprindaşvilinin rəsmi sosial şəbəkə hesabında şahmatçının azərbaycanlı hakimə Bakıda təqdim etdiyi hədiyyənin fotoşəkli paylaşılıb. Şah formasında şahmat fiqurunun üzərində N.Qaprindaşvilinin avtoqrafı və “Faiq Hasanov 85” yazısı yer alıb.

Qeyd edək ki, şahmat fiquru N.Qaprindaşvilinin kolleksiyasından olan “Gürcü rəqsi” adlı eksklüziv şahmat dəstinə aiddir, başlanğıc qiyməti 1 300 lari (804 AZN) təşkil edir.