BAKI, 6 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXIX turun mərkəzi oyununda “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada yeganə qolu 15-ci dəqiqədə Kadi Borges vurub.

Bu nəticədən sonra Qurban Qurbanovun baş məşqçi olduğu komanda xallarını 70-ə çatdıraraq ikinci yerdə qərarlaşan “qartallar”la xal fərqini 15-ə çatdırıb.

Qarşılaşmanın 90+9-cu dəqiqəsində "Zirə"nin futbolçusu Qismət Alıyev penaltidən fərqlənə bilməyib.

Matçı stadiondan izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da olub.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Səbail" "Turan Tovuz"la qolsuz heç-heçə edib. “Kəpəz” isə səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.

Aprelin 7-də “Şamaxı” “Neftçi”ni, “Araz-Naxçıvan” isə “Sumqayııt”ı qəbul edəcək.