BAKI, 18 fevral. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

“Milan” İtaliyada Niderland “Feyenoord”u ilə, Almaniya “Bavariya”sı evdə Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək. Portuqaliyanın “Benfika”sı Fransa “Monako”sunu, İtaliyanın “Atalanta”a klubu isə Belçika “Brügge”sini qonaq edəcək.

Qeyd edək ki, pley-off mərhələsinin digər 4 oyunu 19 fevralda keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
18 fevral

21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland)
(İlk oyun - 0:1)

00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa)
(İlk oyun - 1:0)

00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika)
(İlk oyun - 1:2)

00:00. "Bavariya" (Almaniya) ­– "Seltik" (Şotlandiya)
(İlk oyun - 2:1)